reklam
İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir
Sportfm.az xəbər saytı

İndoneziya 2032-ci il olimpiadasına ev sahibliyi etmək istəyir


İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək. 

Sportfm.az xəbər verir ki, bu barədə ölkə prezidenti Coko Vidodo açıqlama verib.

O bildirib ki, hazırda İndoneziyanın təşkil etdiyi Asiya Oyunları təcrübəsi sayəsində daha böyük idman tədbirinə ev sahibliyi etmək olar. 

Bu təşəbbüsü Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da dəstəkləyib. Almaniyalı funksioner Asiya Oyunlarının Olimpiada-2032-yə namizədlik üçün ciddi zəmin yaratdığını vurğulayıb. 

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda, 2024 və 2028-ci il olimpiadaları isə müvafiq olaraq Fransanın paytaxtı Parislə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq. Hələlik 2032-ci il olimpiadasını təşkil etmək istəyini Rusiya (Sankt-Peterburq) və Hindistan dilə gətirib. 

Oxşar xəbərlər

Afrika ölkəsi olimpiadını keçirmək istəyir
BOK Olimpiya Oyunlarına ev sahibi şəhəri müəyyən edəcək - 2032-ci il
Olimpiadanı bu ölkə keçirəcək
İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Onlarda da olimpiadaya ev sahibliyi etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər