reklam
Daha 5 idman növü Yay Olimpiya Oyunlarına daxil edilə bilər
Sportfm.az xəbər saytı

Daha 5 idman növü Yay Olimpiya Oyunlarına daxil edilə bilər


Rio-2016 öncəsi Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyası keçirilir. Apasport.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan tədbir avqustun 4-dək davam edəcək. Sessiyada quruma üzv olan milli olimpiya komitələrinin nümayəndələri də iştirak edir. Tədbirdə əsas qərarların avqustun 3-də veriləcəyi gözlənilir. Həmin gün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı müzakirə olunacaq, 5 yeni idman növünün ora daxil edilib-edilməməyi barədə qərar veriləcək. Bu idman növləri karate, qayaya dırmanma, serfinq, beysbol və skeytbordinqdi. Tokio-2020-də bu növlər üzrə 18 dəst medal uğrunda 500-dək idmançının mübarizə aparacağı gözlənilir. Həmçinin, Olimpiada-2024-ə ev sahibliyi etmək istəyən şəhərlərin məruzələri dinləniləcək. Bu şəhərin adına isə gələn il Perunun paytaxtı Limada təşkil olunacaq 130-cu sessiyada aydınlıq gələcək. Yarışın təşkilinə isə Roma, Paris, Budapeşt və Nyu-York iddia edir. Yığıncaqda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşəcək. Sessiya ərəfəsində komitə üzvlərinin sayının artırılması barədə qərar qəbul edib. 4 kişi və 4 qadın üzv də avqustun 3-də başlayan tədbirdə seçiləcək. Yeni üzvlər təkcə idmanı deyil, mədəniyyət, səhiyyə, biznes, sosiologiya, hüquq və menecment sahələrini təmsil edəcək.

Oxşar xəbərlər

Kişilər 7, qadınlar 6 çəkidə mübarizə aparacaq - “Paris-2024”
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub
Tokio 2020-nin təqvimində növbəti dəyişiklik edildi
Beynəlxalq Olimpiya Komitəsindən karateçilərə şad xəbər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər