Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub.
Sportfm.az xəbər verir ki, bu qərar Məşqçilər Komitəsinin təklifinə əsasəna qəbul olunub. Yeni baş məşqçi isə bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadəni özünə köməkçi-məşqçi təyin edib.
Qeyd edək ki, Samir Ələkbərov yeni vəzifədə ilk iki oyunda İsrail və İrlandiyaya 1:3 hesablı məğlubiyyyətlərdən sonra istefaya göndərilmiş Yaşar Vahabzadəni əvəzləyib. Azərbaycan millisi ilin sonunadək oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da evdə qarşılaşacaq. Noyabrın 14-də isə Kosovo millisi ilə Bakıda görüş nəzərdə tutulub.
Oxşar xəbərlər
Samir Əliyev millinin sükanı arxasında - Təyinat
Millimizin baş məşqçisi məlum oldu
Millimizin yeni baş məşqçisi açıqlandı
Obradoviç yığmamızın baş məşqçisi təyin edildi
Samir Əliyev milli komandanın baş məşqçisi təyin edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası