Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın oyununu moldovalı hakimlər idarə edəcək
Azərbaycan milli komandasının Tacikistanla keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. VAR hakimi funksiyasını isə Kamran Bayramov yerinə yetirəcək.
Qeyd edək ki, Roman Jitari bu mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) ilk oyununu da idarə edib. Həmin görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan – Tacikistan qarşılaşması sentyabrın 23-də “Palms Sports Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər
“Qarabağ”ın oyununu idarə etmiş hakim “Zirə”nin matçında
“Qarabağ”ın oyunlarının hakimləri açıqlandı - Avropa Liqası
“Nyukasl” – “Qarabağ” matçını Davide Massa idarə edəcək
Hakimimiz Rusiya millisinin oyununu idarə edəcək
Qazaxıstanlı hakimlər idarə edəcək - Millimizin oyununu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası