reklam
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz -
Sportfm.az xəbər saytı

Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz -SİYAHI


Avqustun 16-dan 23-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.

Sportfm.az Azərbaycandan mundialın açılışını yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.

Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Rihad İbrahimli (97 kq) və Mikayıl İsmayılov (130 kq) məsul yarışda ölkəmizi təmsil edəcək.

Daha sonra isə mübarizəyə qadın güləşçilərimiz qoşulacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevın rəhbərliyi altında Esra Məmmədli (53 kq), Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Zəhra Kərimzadə (72 kq) güclərini sınayacaqlar.

Yarışın sonlarında isə böyük məşqçi Əşfəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), İsmayıl Rəhimli (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) mübarizə aparacaq.

Yarışda gündüz seansı Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medal görüşləri isə 20:00-da start götürəcək.

Qeyd edək ki, dünya çempionatında I dərəcəli hakimlərimiz Tural Əliyev və Vüqar Şükürov ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Millimizin Avropa çempionatı üçün heyəti
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz bilindi
U-20 Dünya Çempionatında iştirak edəcək millimizin heyəti məlum oldu
Dünya Çempionatına bu güləşçilər gedəcək - SİYAHI
Millimiz dünya çempionatında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər