reklam
Sportfm.az xəbər saytı

"Şəfa"dan gələcəyə hesablanmış 4 transfer -RƏSMİ


“Şəfa” növbəti transferlərini gerçəkləşdirib.

Sportfm.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb.

"Araz-Naxçıvan"dan 19 yaşlı qapıçı Ayxan Əlizadə, "Qarabağ"dan 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə, "Zirə"dən isə 20 yaşlı müdafiəçi Nurhan Abdıyev və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

Qeyd olunub ki, Ayxan, Elmar və Eltun ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan isə 1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, "Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko və Kristofer Mamengi ilə müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Şəfa" Dansokeni heyətinə qatdı - RƏSMİ
"Şəfa" yeni transferini açıqladı
"Şəfa"da fransalı futbolçu - Transfer
"Şəfa"da niderlandlı oyunçu - Transfer
"Şəfa"da daha bir legioner - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər