reklam
Dünya Çempionatını qızıl medalsız başa vurduq
Sportfm.az xəbər saytı

Dünya Çempionatını qızıl medalsız başa vurduq


Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Benyamin Mayvana uduzaraq (1:5) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da Azərbaycan millisi mundialı ümumilikdə yeddi medalla başa vurub.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Oxşar xəbərlər

Dörd güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Hələ ki, qızıl yoxdur... Dünya çempionatı
Daha bir güləşçimiz uduzdu - Dünya çempionatı
Güləşçimiz finala yüksəldi - Dünya çempionatı
Azərbaycan güləşçisi dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər