Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Efiopiyalı futbolçular İsveçdə yoxa çıxdı
İsveçdə keçirilən beynəlxalq yeniyetmələr arasında "Gothia Cup" futbol turniri zamanı Efiopiyadan olan komandalardan birinin 20 üzvü itkin düşüb.
Sportfm.az xəbər verir ki, bu barədə "The Local" nəşri məlumat yayıb.
Bildirilib ki, bu il turnirdə 77 ölkədən komandalar iştirak edib. Efiopiya isə yarışda 4 komanda ilə təmsil olunub.
İsveç polisi itkin düşən şəxslərin qanunsuz miqrasiya məqsədilə könüllü şəkildə yoxa çıxdıqlarını ehtimal edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, turnirin final günü futbolçuların və onları müşayiət edən şəxslərin qaldığı məktəbin əməkdaşları bütün qrupun yaşayış yerini tərk etdiyini aşkar ediblər.
Qeyd edək ki, turnirin başa çatmasından 10 gün keçməsinə baxmayaraq, itkin düşən 20 nəfərin harada olduğu hələ də məlum deyil.

Oxşar xəbərlər
Ona "şeytan" dedi, yoxa çıxdı
İtkin düşən gənc futbolçu ölü tapıldı
Ukraynada daha bir futbolçu itkin düşdü - MÜHARİBƏ
Milli komandanın üzvü itkin düşdü - FOTO
Qubada itkin düşən 3 alpinistin axtarışına başlanıldı - Hadisə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası