Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ona "şeytan" dedi, yoxa çıxdı
İranda davam edən amansız bombardmanların yaratdığı xaos insan talelərini alt-üst etməyə davam edir.
Sportfm.az xəbər verir ki, gərgin vəziyyət futbol camiəsinə də təsirsiz ötüşməyib. Belə ki, ölkənin milli komandasının sabiq qapıçısı Rəşid Mazaheri itkin düşüb.
Bir neçə il əvvəl futbolçu karyerasını başa vuran Mazaheri son dövrlər siyasi fəaliyyətlə aktiv şəkildə məşğul olurdu və müxalif mövqedən çıxış edirdi. Onun daha əvvəl də İran hakimiyyəti ilə problemlər yaşadığı bildirilir.
İddialara əsasən, keçmiş qapıçının bu dəfə də çətin vəziyyətə düşməsi siyasi baxışları ilə bağlıdır. Belə ki, o, son paylaşımlarından birində İranın öldürülmüş dini lideri Əli Xameneyi barədə sərt ifadələr işlədərək onu “şeytan” adlandırıb.
Hazırkı gərgin siyasi şəraitdə bu cür açıqlamaların diqqətdən kənarda qalması mümkün görünmür. Sabiq futbolçunun harada olması və taleyi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

Oxşar xəbərlər
Aazərbaycan klublarında oynamış futbolçu İranda həbs edildi
Sabiq “Çelsi”li Qazaxıstan klubunda - RƏSMİ
Sabiq futbolçu və həyat yoldaşı İranda öldürüldü - FOTO
Ukraynada daha bir futbolçu itkin düşdü - MÜHARİBƏ
"İki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası