reklam
Ölkə çempionatında yeniliklər olacaq
Sportfm.az xəbər saytı

Ölkə çempionatında yeniliklər olacaq


İtaliya A seriyasında 2018/19 mövsümünün başlama tarixi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Covanni Malaqo məlumat verib.

O bildirib ki, ölkə birinciliyinin təqvimində bir çox dəyişikliklər olacaq. Belə ki, avqustun 19-də start götürəcək mövsüm gələn ilin may ayının 26-dək davam edəcək. İtaliya Superkuboku matçı avqustun 12-də baş tutacaq.

Əsas yenilik qış ayları ilə bağlıdı. Belə ki, İngiltərədəki kimi, dekabrın 22-də, 26-da və 30-da turun matçları oynanılacaq. Daha sonra yanvarın 20-nə qədər fasilə yaranacaq.

İtaliyada həmçinin yay "transfer pəncərəsi" avqustun 18-də, qış transfer dönəmi isə yanvarın 19-da bağlanacaq.

Oxşar xəbərlər

Yay transfer pəncərəsinin vaxtı açıqlandı - İtaliyada
Azərbaycan çempionatında transfer pəncərəsi açıldı
Yay transfer pəncərəsi başa çatdı
İtaliya A Seriyasında yeni mövsümün püşkü atıldı
İngiltərədə qeyri-adi qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər