reklam
“Qarabağ”dan azarkeşlərinə şad xəbər!
Sportfm.az xəbər saytı

“Qarabağ”dan azarkeşlərinə şad xəbər!


"Qarabağ" Futbol Klubundan azarkeşlərinə şad xəbər!

Sportfm.az xəbər verir ki, "Qarabağ" Futbol Klubu azarkeşləri üçün növbəti xoş sürprizə hazırlaşır. Klubun yeni rəsmi Fan Shop mağazası paytaxtın ən məşhur ticarət mərkəzlərindən biri olan 28 Mall-da fəaliyyətə başlayacaq.

Müasir konsepsiyada yaradılan yeni mağazada "Qarabağ" FK-nın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa çıxarılacaq. Yeni Fan Shop azarkeşlərin klubun rəsmi məhsullarına daha rahat və əlçatan şəkildə sahib olmasına imkan yaradacaq.

Fan Shop-un açılışının avqust ayının ortalarında baş tutması gözlənilir. Açılışın dəqiq tarixi, keçiriləcək xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalar barədə məlumat yaxın günlərdə "Qarabağ" FK-nın rəsmi informasiya resurslarında açıqlanacaq.

Yeni Fan Shop-un istifadəyə verilməsi klubun azarkeşlərə daha yaxın olmaq, onlara keyfiyyətli xidmət göstərmək və "Qarabağ" brendinin inkişafını davam etdirmək istiqamətində atdığı mühüm addımlardan biridir.

Oxşar xəbərlər

"Qarabağ"ın uşaq formaları satışa çıxarıldı
"Qarabağ" azarkeşlərinə müraciət etdi
ABB “Qarabağ”ın rəsmi tərəfdaşı oldu
"Qarabağ" Xankəndidəki oyun üçün xüsusi formaları satışa çıxardı
“Qalatasaray”ın azarkeşlərinə müjdə - Azərbaycanda fan-şop açılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər