reklam
AMADA seminarlar keçirdi
Sportfm.az xəbər saytı

AMADA seminarlar keçirdi


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə milli komandaların üzvləri üçün mövsümqabağı antidopinq mövzusunda onlayn maarifləndirici seminarlar təşkil olunub.

Sportfm.az AMADA-ya istinadən xəbər verir ki, fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəkdə tramplindən tullanma idman növlərini əhatə edən vebinarlar Azərbaycan və ingilis dillərində keçirilib.

Vebinarlar zamanı iştirakçılara qadağan edilmiş maddələr siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və vəzifələri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunan vebinarların əsas məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, mümkün qayda pozuntularının qarşısını almaq və təmiz, ədalətli rəqabət mühitini təşviq etməkdir.

Oxşar xəbərlər

AMADA tennisçilər üçün seminar təşkil etdi
AMADA gənc güləşçilər üçün seminar keçirdi
AMADA və Milli Paralimpiya Komitəsi maarifləndirici seminar keçirdi
AMADA antidopinq mövzusunda maarifləndirici seminar keçdi
AMADA “Araz-Naxçıvan” üçün maarifləndirmə seminarı keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər