reklam
Sportfm.az xəbər saytı

"Neftçi" ÇL-də ilk oyununa çıxır


"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununa çıxacaq.

Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.

Allbaniyanın paytaxtı Tiranada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

30 iyul

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, IV qrup

20:00. "Fomget" (Türkiyə) - "Neftçi"

Baş hakim: Hanna Layanen (İsveç).

Tirana. "House of Football Natural Pitch" stadionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf II təsnifat mərhələsinə adlayacaq.

Oxşar xəbərlər

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlayır
"Neftçi"nin rəqibi müəyyənləşdi - Çempionlar Liqası
Azərbaycan millisi Monteneqroya qarşı
“Neftçi” ikinci oyunda da uduzdu - Çempionlar Liqası
"Sabah" ilk oyununa çıxır - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər