reklam
Avrokubokların təqvimi müəyyənləşdi
Sportfm.az xəbər saytı

Avrokubokların təqvimi müəyyənləşdi


UEFA 2024/25 mövsümü üçün Avropa kubokları yarışlarının təqvimini təsdiq edib.
Sportfm.az xəbər verir ki, iyunun 18-də Çempionlar Liqası, yenidən bərpa olunan Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin, iyunun 19-da isə həmin turnirlərin ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları 9/10 iyulda, Avropa Liqası və Konfrans Liqasında 11 iyulda, cavab matçları ÇL-də 16/17 iyul, AL və KL-də isə 18 iyulda təşkil olunacaq.

Yarışların qrup mərhələləri isə Çempionlar Liqası və Avropa Liqasında sentyabrda, Konfrans Liqasında isə oktyabrda başlanacaq.

ÇL-də ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25/26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək.

2024/25 mövsümündən hər üç turnir yeni formatda keçiriləcək.

Oxşar xəbərlər

UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
1-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
"Qəbələ" üçün Macarıstan klubu - Konfrans Liqası
Yeni mövsümün təqvimi açıqlandı - Çempionlar Liqası
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər