reklam
FİFA-nın başçısı vəzifəsinə yeganə namizəd -
Sportfm.az xəbər saytı

FİFA-nın başçısı vəzifəsinə yeganə namizəd -FOTO


Beynəlxalq Futbol Federasiyası (FIFA) təsdiq edib ki, qurumun fəaliyyətdə olan prezidenti Canni İnfantino qarşıdan gələn seçkilərdə federasiyanın başçısı vəzifəsinə yeganə namizəddir. Bu barədə məlumatı FIFA-nın mətbuat xidməti yayıb.

Sportfm.az xəbər verir ki, potensial namizədlərin müraciətlərinin qəbul edilməsi müddəti fevralın 5-də başa çatıb.

Məlumatda deyilir: “İdarəetmə komitəsi FIFA nizamnaməsi və reqlamentinin düzgün tətbiqini təmin etməklə seçki prosesinə nəzarət edəcək”.

FIFA başçısının seçkiləri iyunun 5-də Parisdə keçiriləcək. “Financial Times” qəzetinin yazdığına görə, 196 milli futbol federasiyası İnfantinonun namizədliyini dəstəkləyir.

Canni İnfantino Yozef Blatterin FIFA-nın başçısı vəzifəsindən getməsi ilə nəticələnən korrupsiya qalmaqalından sonra 2016-cı ilin fevralında qurumun prezidenti vəzifəsinə seçilib. İnfantinonun rəhbərliyi altında təşkilatın maliyyə durumunun və nüfuzunun bərpasına yönələn islahatlar paketi həyata keçirilib.

Oxşar xəbərlər

İnfantino yenidən FİFA prezidenti seçildi
Canni İnfantino "təmizə çıxdı"
FİFA prezidenti istintaq müddətində vəzifəsini icra edəcək
İnfantino yenidən FIFA prezidenti seçildi
FİFA Canni İnfantino ilə bağlı araşdırmaya başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər