reklam
Həndbol klublarımız Türkiyədə turnirdə qüvvələrini sınayacaqlar
Sportfm.az xəbər saytı

Həndbol klublarımız Türkiyədə turnirdə qüvvələrini sınayacaqlar


Sentyabrın 8-dən 10-dək Türkiyənin Ardaşen şəhərində həndbol üzrə turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından Sportfm.az-a bildirilib ki, turnirdə dörd komanda iştirak edəcək.

Yarışda Azərbaycanı qadınlardan ibarət “Azərsu” və “Azəryol” klubları təmsil edəcəklər. Türkiyədən isə “Zaqnosspor Trabzon” və “Ardaşen GSK” kollektivləri yarışacaqlar.

Turnir XXV – yubiley Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyır.

Komandalarımız qardaş ölkəyə sabah yola düşəcəklər.

Oxşar xəbərlər

Ölkə çempionatında səkkiz komanda çıxış edəcək
Həndbol komandalarımız təlim-məşq toplanışlarına başladı
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək
Həndbol üzrə XXV Azərbaycan çempionatına start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər