Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
Avropa Həndbol Federasiyasının (EHF) ofisində həndbol üzrə avrokubok yarışlarının yeni mövsümünün püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, birinci mərhələdən mübarizəyə qoşulacaq qadın həndbolçulardan ibarət “Azərsu” kollektivi “EHF kuboku” uğrunda yarışlarda Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşacaq. İlk mərhələnin oyunlarının sentyabrın 8-9-da, cavab matçlarının isə 15-16-da keçirilməsi nəzərdə tutulub.
Qadın həndbolçulardan ibarət digər təmsilçimiz “Azəryol” “Çağırış kuboku” uğrunda turnirdə yarışacaq. Həndbolçularımızın rəqibi Türkiyənin “Ankara Yeniməhəllə BSK” klubu olacaq. Turnirdə yarışlar üçüncü mərhələdən start götürəcək və ilk qarşılaşmalar noyabrın 10-11-də, cavab görüşləri isə 17-18-də keçiriləcək.
Kişilər arasında “Çağırış kuboku” uğrunda yarışlarda isə ölkəmizi “Bakı” həndbolçuları təmsil edəcəklər. Paytaxtın eyniadlı komandası Bosniya və Herseqovinanın “RK Borak” kollektivi ilə üz-üzə gələcək. Komandalar yarışda ikinci mərhələdən mübarizəyə başlayacaqlar. İlk görüşlərin oktyabrın 6-7-də, cavab oyunlarının isə 13-14-də keçirilməsi gözlənilir.
Oxşar xəbərlər
“Bakı” mübarizəni dayandırdı - EHF kuboku
“Çağırış kuboku”nda keçiriləcək oyunların vaxtı müəyyənləşdi
"Azərsu" "Metrako Zaqlebie Lubin" ilə növbəti oyununu keçirdi
Həndbolçularımız Avropa kuboku uğrunda ilk oyununu keçiridi
Həndbolçularımız İsveç klubuna məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası