Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Ömürlük dostluqlar qazandım" - Andradenin vidası
“Qarabağ”dan Ukraynanın “Polesya” klubuna transfer olunan Leandro Andrade Ağdam təmsilçisi ilə vidalaşıb.
Sportfm.az xəbər verir ki, kabo-verdeli 26 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Qarabağ”da keçirdiyi illəri unutmayacağını bildirib.
“Qarabağ”la vidalaşmaq vaxtı gəldi. Çətin olsa da, bu 4 il yarımda yaşadıqlarımı sözlə ifadə etməyə çalışacağam. Bunu bir sözlə ifadə edə bilərəm: unudulmaz!” - deyə Andrade yazıb.
O, məşqçilərə, klub əməkdaşlarına, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:
“İlk gündən özümü evimdəki kimi hiss etməyimə səbəb olan hər kəsə təşəkkür edirəm. Ömürlük dostluqlar qazandım. Azarkeşlərə də xüsusi təşəkkür edirəm. Məni həmişə sizdən biri kimi hiss etdirdiniz”.
Andrade paylaşımını “Təşəkkürlər, Bakı! Təşəkkürlər, ‘Qarabağ’ ailəsi!” sözləri ilə tamamlayıb.

Oxşar xəbərlər
“Çox sağ ol, Azərbaycan” – Hamidu Keyta
Aleksey İsayev:"Siz olmasaydınız, bunlar olmazdı"
Leandro Andrade "Qarabağ"dan gedir!
Kaşuk “Sabah”dan ayrıldı - Ayrılıq
"Qarabağ"ın futbolçusu:"Jurnalistlərə təşəkkür edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası