reklam
“Neftçi” hazırlığını başa vurdu
Sportfm.az xəbər saytı

“Neftçi” hazırlığını başa vurdu


“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb. Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular forma geyinib.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. “Ağ-qaralar” həmin müddət ərzində 4 yoxlama görüşü keçirəcək.

Oxşar xəbərlər

"Kəpəz"lə oyunun hazırlığını başa vurdular - FOTO
"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq
“Neftçi” yeni mövsüm üçün hazırlığa başlayır
“Neftçi”nin yeni mövsümə hazırlıq planı bilindi
"Zirə" yay hazırlıq planını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər