Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lənkəran və Şəkidə kurslar baş tutdu
AFFA-nın 2024-2028-ci illər üzrə İnkişaf Strategiyasına uyğun olaraq regionlarda UEFA lisenziyalı məşqçilərin sayının artırılması və məşqçi təhsilinin əlçatan olması məqsədilə UEFA C kateqoriyalı məşqçilik kurslarının tədrisi davam etdirilir.
Sportfm.az xəbər verir ki, ötən il Quba, Tovuz, Gəncə və Naxçıvanda təşkil olunan UEFA C kateqoriyalı məşqçilik kursları hazırda Lənkəran və Şəkidə həyata keçirilir. Qarşıdakı aylarda kursların Saatlı və Gəncə şəhərlərində də keçirilməsi nəzərdə tutulur.
Kurs zamanı məşqçilərə kütləvi futbol, uşaq və yeniyetmələrlə iş, yaşa və bacarığa uyğun məşqlərin planlaşdırılması, məşqlərin uşaqlar üçün daha motivasiyaedici və maraqlı təşkili, eləcə də təhlükəsiz məşq mühitinin yaradılması üzrə əsas bilik və bacarıqlar verilir. Kursun əsas məqsədlərindən biri uşaqların futbola marağını artırmaq, onların oyundan zövq almalarını təmin etmək və məşqçilərin uşaqyönümlü yanaşmasını gücləndirməkdir.
Bu baxımdan, UEFA C kursları regionlarda daha çox uşağın keyfiyyətli, təhlükəsiz və motivasiyaedici futbol məşğələlərinə cəlb olunmasına, yerli məşqçi potensialının inkişafına, həmçinin məşqçi təhsilinin ölkə üzrə daha geniş coğrafiyanı əhatə etməsinə xidmət edir.

Oxşar xəbərlər
AFFA rəsmiləri UEFA rəsmisi ilə görüşdülər - FOTO
Uşaq evləri arasında turnir keçirildi
Fərrux İsmayılov və kateqoriyalı məşqçi kursları FOTO
Məşqçi kursları başladı - FOTO
AFFA-da yeni məşqçi kursları başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası