reklam
Nyu-York Olimpiya Oyunlarına namizəd olacaq
Sportfm.az xəbər saytı

Nyu-York Olimpiya Oyunlarına namizəd olacaq


ABŞ-nin Nyu-York ştatında Leyk-Plesid və Nyu-York şəhərləri birgə şəkildə 2042-ci il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edə bilər.

Sportfm.az xəbər verir ki, bunun üçün xüsusi komitə yaradılıb. Bir il fəaliyyət göstərəcək komitə hüquqi, maliyyə və təşkilati məsələləri araşdıraraq hesabat hazırlayacaq.

Ştatın qubernatoru Keti Hokul bunun Nyu-York üçün böyük imkan olduğunu bildirib. Onun sözlərinə görə, 1932 və 1980-ci illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş Leyk-Plesid bu sahədə zəngin təcrübəyə malikdir.

Qubernator qeyd edib ki, ştat son illərdə Leyk-Plesiddəki olimpiya obyektlərinin yenilənməsinə 750 milyon dollar sərmayə yatırıb.

Nyu-Yorkun rəsmi namizədliyi ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan və hesabat ştat rəhbərliyinə təqdim edildikdən sonra veriləcək.

Oxşar xəbərlər

Qış Olimpiya Oyunları bu ölkədə keçiriləcək
Solt-Leyk-Siti şəhəri Qış Olimpiya Oyunlarının ev sahib ola bilər
Olimpiya çempionu intihar etdi - 63 yaşında
BOK Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkəni açıqladı
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər