reklam
Azərbaycan taekvondoçularından 3 medal -
Sportfm.az xəbər saytı

Azərbaycan taekvondoçularından 3 medal -Beynəlxalq turnir


Azərbaycan taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında 3 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri – Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında (22-23 iyun) iştirak edirlər, həmçinin “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirinə də qatılacaqlar.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Oxşar xəbərlər

İsveçrədən kubokla - FOTO
Tekvondoçularımız beynəlxalq turnirdə 2 medal qazandı
Millimiz təlim-məşq toplanışına başladı
Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
Tağızadə Hollandiyada fərqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər