reklam
Yapon azarkeşlər hamını heyrətə gətirdi
Sportfm.az xəbər saytı

Yapon azarkeşlər hamını heyrətə gətirdi


Yaponiya millisinin azarkeşləri dünya çempionatının qrup mərhələsində Niderland yığmasına qarşı keçirilən oyundan sonra növbəti dəfə davranışları ilə diqqət çəkiblər.
Sportfm.az xəbər verir ki, yapon azarkeşlər qarşılaşmanın ardından tribunalarda qalan bütün zibilləri toplayaraq xüsusi paketlərə yığıb və stadiondan çıxarıblar.
FİFA da bu nümunəvi addımı əks etdirən fotoları paylaşaraq, azarkeşlərin məsuliyyətli davranışını nümayiş etdirib.
Yaponiya – Niderland matçı 2:2 hesabı ilə başa çatıb. Yaponiya növbəti matçında İsveçə 1:5 hesabı ilə məğlub olan Tunis millisi ilə üz-üzə gələcək. Niderland yığması isə qrup lideri İsveçlə münasibətlərinə aydınlıq gətirəcək.

Oxşar xəbərlər

Fransanı da udub qrup lideri olduq
Azərbaycan millisi Lüksemburqa qarşı - Avropa çempionatı
Voleybol millimiz İsveçə uduzdu
İspaniya Mərakeşlə, Yaponiya Xorvatiya ilə qarşılaşacaq - DÇ-2022
Argentina Polşaya qarşı - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər