reklam
Azərbaycan millisi Lüksemburqa qarşı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Lüksemburqa qarşı -Avropa çempionatı


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda 11-ci qrupdakı sonuncu matçında Lüksemburqla üz-üzə gələcək.

Qarşılaşma saat 21:00-da başlayacaq. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu oyun da eyni saatda olacaq.

U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması lazımdır.

Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.

Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub.

AÇ-2024, seçmə mərhələ

21:00. Lüksemburq – Azərbaycan

21:00. Bosniya və Herseqovina – Niderland

Xal: Niderland – 6, Bosniya və Herseqovina – 4, Azərbaycan – 1, Lüksemburq – 0.

Oxşar xəbərlər

Azərbaycanın millisi İngiltərə ilə üz-üzə - Avropa çempionatı
Seçmə mərhələdə 10-cu tur başlayır - AVRO-2024
Millimiz Bosniya və Herseqovina ilə bərabərə qaldı - Avropa çempionatı
Seçmə mərhələnin 3-cü turu yekunlaşacaq - Avro-2024
Bosniya və Herseqovina – Azərbaycan oyununda bərabərlik - Yoldaşlıq görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər