reklam
Milli üzvünü Dünya Çempionatına buraxmadılar
Sportfm.az xəbər saytı

Milli üzvünü Dünya Çempionatına buraxmadılar


Qana millisinin yarımmüdafiəçisi Tomas Parti DÇ-2026 üçün Kanadaya səfər vizası ala bilməyib.

Sportfm.az xəbər verir ki, 32 yaşlı futbolçu bu səbəbdən iyunun 18-də Panama millisinə qarşı Kanadada keçiriləcək oyunu buraxacaq.

Partiyə viza verilməməsi ilə bağlı qərar Kanada hökuməti tərəfindən qəbul edilib.

Kanada hökumətinin rəsmi qaydalarında qeyd olunur ki, cinayət törətmiş və ya cinayətə görə ittiham olunmuş şəxslərin ölkəyə girişinə icazə verilməyə bilər.

Xatırladaq ki, Tomas Parti 2025-ci ilin iyulunda - "Arsenal"da çıxış edərkən London polisi tərəfindən bir neçə təcavüzlə bağlı ittiham olunub. Qanalı futbolçu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və məhkəmə prosesini gözləyir.

Oxşar xəbərlər

ABŞ İraq millisinin futbolçularına viza vermir
Zaur Axundov həbs olundu
Ulduz futbolçu 15 illik həbs edilə bilər - ŞOK HADİSƏ
Məşhur futbolçu saxlanıldı
Canni İnfantinoya qarşı iş bağlandı - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər