Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zaur Axundov həbs olundu
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılıb.
Sportfm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.
Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.
Qeyd edək ki, Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

Oxşar xəbərlər
Zaur Axundov həbs oluna bilər - “Araz-Naxçıvan”ın prezidenti axtarışdadı
Hafiz Məmmədovla bağlı yeni qərar - Protest təmin edilmədi
Hafiz Məmmədov haqqında qərar dəyişdi
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Azərbaycanda tanınmış idmançı həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası