reklam
Leanardo Argentinaya kömək edə bilməyəcək  -
Sportfm.az xəbər saytı

Leanardo Argentinaya kömək edə bilməyəcək -Zədə


Leonardo Balerdi zədə səbəbindən qarşıdakı dünya çempionatında iştirak edə bilməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Argentina milli futbol komandasının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı müdafiəçi sağ ayağının baldır əzələsindən zədə alıb.

İndi Argentina millisinin baş məşqçisi Lionel Skaloni FIFA-ya təqdim olunmuş ilkin siyahıdan hansı futbolçunun Balerdini əsas heyətdə əvəz edəcəyinə qərar verməlidir.

Mərkəz müdafiəçiləri arasında namizədlər kimi Markos Senesi ("Bornmut"), Lukas Martines, Xerman Petselya (hər ikisi "River Pleyt") və Lautaro Di Lollo ("Boka Xuniors") göstərilir.

Balerdi Argentina millisinin heyətində 11 oyun keçirib.

2026 FIFA dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Argentina millisi J qrupunda Əlcəzair, Avstriya və İordaniya milli komandaları ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

Argentina millisinin yekun heyəti - DÇ-2026
DÇ-2026 satılan biletlərin sayı açıqlandı - 2 milyon
Dünya çempionatının səbətləri açıqlandı
Messi yenidən milli komandada
Argentina millisinin dünya çempionatı üçün yekun heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər