reklam
Bikalyo qalır -
Sportfm.az xəbər saytı

Bikalyo qalır -Müqavilə uzadıldı


"Qarabağ" braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Sportfm.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb.

Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib:

"Yarımmüdafiəçi Pedro Bikalyonun "Qarabağ"la müqaviləsini yenilədik. Komandanın ən vacib oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!"

Xatırladaq ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu "Qarabağ"la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub.

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusu rəmzi heyətdə - FOTO
Şeydayev yenidən "Qarabağ"da - RƏSMİ
"Qarabağ"ın yeni transferi - RƏSMİ
"Qarabağ"da İspaniyalı futbolçu
"Qarabağ"dan ikinci transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər