reklam
Millimiz pley-offa vəsiqə qazandı
Sportfm.az xəbər saytı

Millimiz pley-offa vəsiqə qazandı


Bakıda minifutbol üzrə dünya çempionatı keçirilir.
Sportfm.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin 3-cü turu start götürüb.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniyanı qəbul edib. Görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Bu qrupun digər oyununda Bəhreyn Sloveniya ilə qarşılaşıb. Oyun Bəhreynin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda bu qrupda Azərbaycan 7 xalla liderdir. 4 xalı olan Mavritaniya 2-cidir. Bəhreyn eyni xalla 3-cü, Sloveniya isə 1 xalla 4-cü yerdədir.

Millimiz daha əvvəl Bəhreynlə heç-heçə edib, Sloveniyaya isə qalib gəlib - 1:1, 4:0.

Dünya çempionatı, qrup mərhələsi

3-cü tur

25 may

A qrupu

14:00. Bəhreyn - Sloveniya - 4:1

19:30. Azərbaycan - Mavritaniya - 2:0

B qrupu

12:45. Özbəkistan - Çad - 3:0

22:00. Rumıniya - Fransa

C qrupu

16:30. Macarıstan - Ukrayna - 3:0

18:15. Türkiyə - İngiltərə - 0:3

D qrupu

15:15. Hindistan - Portuqaliya - 0:8

20:45. Slovakiya - Bolqarıstan - 0:1

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.

Oxşar xəbərlər

Millimiz Bəhreynə qalib gələ bilmədi- Dünya çempionatı
Bəhreyn, Sloveniya və Mavritaniya ilə üz-üzə gələcəyik - TƏQVİM
Azərbaycanda keçiriləcək dünya çempionatının püşkü atıldı
U-17 millimiz ilk xalını qazandı - Avropa çempionatı
Millimiz Sloveniya önündə gücsüz qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər