reklam
Azərbaycanın iki cüdoçusu Elmar Qasımov və İrina Kindzerska dünya çempionatında bürünc medal qazanıb
Sportfm.az xəbər saytı

Azərbaycanın iki cüdoçusu Elmar Qasımov və İrina Kindzerska dünya çempionatında bürünc medal qazanıb


Macarıstanda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, mundialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışır.

Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki titullu cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb. Komanda yoldaşı olan rəqibini vaza-ari xalı ilə məğlub edən Elmar Qasımov Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub. Bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edən digər idmançımız İrina Kindzerska niderlandlı Tessie Savelkouls üzərində qələbə qazanıb. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstanda keçirilən dünya çempionatında ikinci bürünc, ümumilikdə, dördüncü medalı komandamızın aktivinə yazdırıb. Əvvəlki yarış günlərində millimizin heyətində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

Oxşar xəbərlər

Məmmədəli Mehdiyevdən bürünc medal - Avropa çempionatı
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Elmar Qasımov medalsız qaldı
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Elmar Qasımov: Mən bir nömrəyəm - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər