reklam
Londonda
Sportfm.az xəbər saytı

Londonda "Qarabağ"ın oyununa biletlər satışa çıxdı


"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Sportfm.az xəbər verir ki, "zadəganlar", həmçinin biletlərin qiymətlərini də açıqlayıb.

18 aylıq fasilədən sonra avrokuboklara dönüşünü qeyd edəcək London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.

Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.

Oxşar xəbərlər

“Qarabağ”ın oyununa biletlər sabah satışa çıxacaq
"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı - Azərbaycan Premyer Liqası
"Qarabağ" "Çelsi" azarkeşləri üçün ayırdığı biletlərin sayını açıqladı
Londondan “Qarabağ” azarkeşlərinə göndərilən biletlərin hamısı satıldı
"Qarabağ"ın oyununa biletlərin qiyməti məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər