reklam
Sportfm.az xəbər saytı

"Neftçi"dən getdi və qayıtdı -RƏSMİ


"Neftçi" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Sportfm.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Oxşar xəbərlər

"Neftçi" yenə kimisə aldı - RƏSMİ
"Qəbələ" Salmanla müqavilə bağladı
"Neftçi"nin futbolçusu "Şamaxı"da - RƏSMİ
"Neftçi"də yeni hücumçu - TRANSFER
"Neftçi" Kontenin transferini açıqladı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər