reklam
“Karvan-Yevlax” ev oyunlarını Yevlaxda keçirəcək
Sportfm.az xəbər saytı

“Karvan-Yevlax” ev oyunlarını Yevlaxda keçirəcək


Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.

Sportfm.az xəbər verir ki, bu müddət ərzində PFL tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FİFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsi nəzərə alınaraq bildirilir ki, “Karvan-Yevlax” klubu Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

Oxşar xəbərlər

"Zirə" və "Karvan-Yevlax" qalib gələ bilmədi - Premyer Liqa
“Karvan-Yevlax” 0–2 “Sabah” - VİDEO
"Kəpəz" "Karvan"a qarşı - Premyer Liqa
"Karvan" da süni örtüklü meydançada oynayacaq
Yevlax stadionuna baxış keçiririldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər