reklam
Türkiyə millisinin oyunçusu A seriyasının ən yaxşısı oldu
Sportfm.az xəbər saytı

Türkiyə millisinin oyunçusu A seriyasının ən yaxşısı oldu


İtaliya A seriyasında sona 1 tur qalmış cari mövsümün ən yaxşı oyunçuları açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"İnter"in müdafiəçisi Federiko Dimarko çempionatında ilin oyunçusu seçilib. Müdafiəçi bu mövsüm 18 məhsuldar ötürmə edərək, Alehandro Qomezin (16) turnir rekordunu qırıb.

"İnter"in hücumçusu Lautaro Martinez liqanın ən yaxşı hücumçusu seçilib . Argentinalı 29 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib. "Komo"nun hücumçusu Niko Paz isə ən yaxşı yarımmüdafiəçisi seçilib. Argentinalı yarımmüdafiəçinin aktivində 35 oyunda 12 qol və altı məhsuldar ötürmə var.

"Roma"nın qapıçısı Mile Svilar 37 oyunda 31 qol buraxaraq və 17 dəfə qapısını toxunulmaz saxlayaraq öz mövqeyində ən yaxşı oyunçu olub. "Kalyari"nin futbolçusu Marko Palestra mövsümün müdafiəçisi adına layiq görülüb. İtaliyalı futbolçu 36 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Yuventus"dan Kenan Yıldız 10 qol və 6 məhsuldar ötürmə ilə mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

Oxşar xəbərlər

Rafinya turun ən yaxşısı oldu
Mövsümün ən yaxşı futbolçusu - Çempionlar Liqası
"Bayer 04"ün futbolçusu ən yaxşı seçildi
Mövsümün ən yaxşı futbolçusu - Avropa Liqası
Fransa çempionatının ən yaxşı legioneri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər