Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah" Maludanı göndərir
"Sabah" klubu yay transfer dönəmində futbolçusu Aron Maluda ilə yollarını ayıracaq.
Sportfm.az xəbər verir ki, bu barədə gənc futbolçuların transferləri barədə sosial şəbəkə paylaşımları ilə tanınan britaniyalı insayder Sent Martin sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq ulduzu Floran Maludanın oğlu yayda komandasını dəyişəcək.
Gənc vingerin bu mövsüm “Sabah”ın heyətində uğurlu çıxışı ilə diqqət çəkdiyini yazan insayder transferin 2 milyon avro təşkil edəcəyini vurğulayıb.
Qeyd edək ki, Aron Maluda mövsümün əvvəlində "Sabah"a icarə əsasında keçsə də, 2026-cı ilin yanvarında tamhüquqlu müqavilə əsasında transfer olunub. O, klubun heyətində ümumilikdə 14 qol vurub və "qızıl dubl" etməklə, iki titul qazanıb.

Oxşar xəbərlər
“Lill”in futbolçusu “Sabah”da
“Sabah”da ayırılıq – RƏSMİ
"Çelsi"nin heyətində iki yeni futbolçu
"Yuventus" dünya çempionu ilə yollarını ayırır
"Sabah" daha 1 futbolçusu ilə vidalaşdı - Müqavilə ləğv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası