reklam
20-ci dəfə qızıl medalı qazandılar -
Sportfm.az xəbər saytı

20-ci dəfə qızıl medalı qazandılar -FOTO


Futzal üzrə Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən həlledici görüşdə "Neftçi" İK ilə "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.

Görüş Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:2.

Bununla da "Araz-Naxçıvan" tarixində 20-ci dəfə futzal üzrə Azərbaycan çempionu adını qazanıb.

19:00. "Neftçi" İK – "Araz-Naxçıvan" - 2:5

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov

Ehtiyat hakim: Hidayət Feyzullayev

Hakim-inspektor: Elçin Səmədli

Bakı İdman Sarayı

"Neftçi" İK: 1. Kamran Hacıyev (q), 3. Markus Vinicius, 4. Fərid Atakişiyev, 12. Allef Maiolli, 97. Lukas Ramos, 16. Vladislav Reznov (q), 13. Əjdər Əjdərov (k), 7. Leonildo Rodriques, 8. İaqo Henrique, 9. Vahib Xocayev, 10. Nihad İsmayılov, 14. Emil Həsənzadə, 17. Qustavo Rodrigues, 19. Tofiq Əliyev

Baş məşqçi: Fuad Rzayev

"Araz-Naxçıvan": 1. Emin Kürdov (q, k), 9. Alleks Rezende, 15. Teixeira Barbosa, 21. Filipe De Lima, 49. Giovanny Valero, 12. Rövşən Hüseynli (q), 6. Mirzə Əmirov, 7. Amirhossein Rasouli, 8. Ülvi Əliyev, 10. Jean Peruzzo, 20. Ədalət Ələkbərov, 29. Luiggi Longo, 70. Jean Karlos, 99. Elan Delon

Baş məşqçi: Yevgeni Kukseviç

Qeyd edək ki, "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider kimi tamamlayıb. "Neftçi" İK də eyni xal toplasa da, Naxçıvan təmsilçisi əlavə göstəricilərdə daha üstün olduğu üçün birinci yeri tutub. Üçüncü yeri isə "Baku Fire" tutub.

Oxşar xəbərlər

"Neftçi" İK və "Araz-Naxçıvan"dan qələbə - Yüksək Liqa
Liderlərdən böyükhesablı qələbə
“Neftçi”, “Araz-Naxçıvan” və “Şuşa”dan qələbə - Yüksək Liqa
“Araz-Naxçıvan” , “Baku “Fire” və “Neftçi” böyükhesablı qələbə qazandı
“Neftçi”, “Araz-Naxçıvan” və “Baku Fire” böyükhesablı qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər