reklam
Avrokubok - Püşkatmanın və oyunların tarixi
Sportfm.az xəbər saytı

Avrokubok - Püşkatmanın və oyunların tarixi


2026/27 mövsümü Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək sonuncu iştirakçı da müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, "Neftçi"nin 32-ci turda "Sabah" üzərindəki səfər qələbəsi (2:1) sayəsində mümkün olub. Son turun nəticəsindən asılı olmayaraq, "ağ-qaralar" mövsümü 4-cü yerdə başa vuracaq.

Beləliklə, "Neftçi" Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil etmək hüququ əldə edib. Bundan əvvəl "Sabah" Çempionlar Liqasına, "Qarabağ" Avropa Liqasına, "Turan Tovuz" isə Konfrans Liqasına vəsiqə qazanmışdı.

Bəs, klublarımız yeni mövsüm mübarizəyə hansı mərhələdən və hansı tarixdə başlayırlar? Püşkatmalar nə vaxtdır?

"Sabah"

Çempionlar Liqasına 1-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 16 iyun

Mərhələnin ilk oyunları: 7/8 iyul

Cavab oyunları: 14/15 iyul

"Qarabağ"

Avropa Liqasına 1-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 16 iyun

Mərhələnin ilk oyunları: 9 iyul

Cavab oyunları: 16 iyul

"Turan Tovuz"

Konfrans Liqasına 2-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 17 iyun

2-ci mərhələnin ilk oyunları: 23 iyul

Cavab oyunları: 30 iyul

"Neftçi"

Konfrans Liqasına 1-ci mərhələdən başlayır.

Püşkatma tarixi: 16 iyun

1-ci mərhələnin ilk oyunları: 9 iyul

Cavab oyunları: 16 iyul

Oxşar xəbərlər

"Turan" Konfrans Liqasında, "Qarabağ" Avropa Liqasında iştirakını rəsmiləşdirdi
Millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
Avrokubokların təqvimi müəyyənləşdi
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər