Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan" Konfrans Liqasında, "Qarabağ" Avropa Liqasında iştirakını rəsmiləşdirdi
Misli Premyer Liqasında 32-ci tur davam edir.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.
“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Ağdam klubu 66 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “İmişli”yə qalib gələrək sona 1 tur qalmış ikinci yeri rəsmiləşdirib, həmçinin avtomatik Avropa Liqasına vəsiqəni təmin edib.
“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Matç Şamaxı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra üçüncülüyü rəsmiləşdirən "Turan Tovuz" növbəti mövsümdə ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanıb. Qərb təmsilçisi mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq.
Konfrans Liqasına vəsiqə qazanacaq digər klub isə "Neftçi" və "Zirə" komandalarından biri olacaq. Çempionatı 4-cü pillədə başa vuracaq komanda mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.
16 may (şənbə)
17:00. “Şamaxı” - “Turan Tovuz” - 3:2
Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2)
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
17:00. “Qarabağ” - “İmişli”- 3:0
Qollar: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
17 may (bazar)
18:00. “Zirə” - “Sumqayıt”
18:00. “Sabah” - “Neftçi”
15 may (cümə)
“Karvan-Yevlax” - “Qəbələ” - 1:2
“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Oxşar xəbərlər
“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı - Premyer Liqa
"Qarabağ" "Turan Tovuz"u uddu - Premyer Liqa
"Kəpəz" "Sumqayıt"ı, "İmişli" "Araz-Naxçıvan"ı uddu - Premyer Liqa
“Qarabağ” rəqibinə 7 top vurdu - Premyer Liqa
“İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" - "İmişli" - START HEYƏTLƏR
-
"Turan" Konfrans Liqasında, "Qarabağ" Avropa Liqasında iştirakını rəsmiləşdirdi
-
“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı - Premyer Liqa
-
Tunis millisinin heyəti açıqlandı - DÇ-2026 üçün
-
“Şamaxı” 3–2 “Turan Tovuz” - VİDEO
-
"Şamaxı" - "Turan Tovuz" - START HEYƏTLƏR

Misli Premyer Liqası