Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" Romaoya görə problemlə üzləşib!
FIFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu "stop"u bu gün götürüb.
Sportfm.az xəbər verir ki, FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb.
Alınan informasiyaya görə, "Qarabağ" Julio Romaoya görə bu vəziyyətlə üzləşib. Belə ki, braziliyalı yarımmüdafiəçini 2022-cü ilin yayında sıralarına qatan "köhlən atlar"dan FIFA-ya şikayət edən "Santa Klara" olub.
Portuqaliya klubu 2025-ci ilin yayında "Qarabağ"ın Romaonu "Ferentsvaroş"a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib. "Santa Klara" bu "dəyiş-düyüş"ə görə təzminat tələbi irəli sürüb.
Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu "qırmızı siyahıya salıb". Yalnız əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb./sportinfo.az/

Oxşar xəbərlər
“Qarabağ”ın cəzası ləğv olundu
FİFA “Qarabağ”a transfer qadağası qoydu
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
FİFA-dan Rusiya klublarına qadağa - Transfer edə bilməyəcəklər
FİFA-dan Bakı klubuna transfer qadağası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası