reklam
“10 günə hamısını qovacam” - Məmmədov
Sportfm.az xəbər saytı

“10 günə hamısını qovacam” - Məmmədov


Qılıncoynatma Federasiyasında yaşanan çaxnaşmadan xəbərdarsız.

Sportfm.az xəbər verir ki, qurumda aşkar parçalanma hökm sürür. AQF prezidenti Nazim İbrahimovun tez-bazar təşkil etdiyi hesabat-seçki konfransına çağırılmayan vitse-prezident Yaşar Məmmədovun vəzifəsindən uzaqlaşdırıldığını, iş otağına buraxılmadığını bilirsiz. Təcrübəli mütəxəssis qəzetimizə verdiyi açıqlamada yenidən AQF-nin başqanı seçilən İbrahimovu və onun əlaltılarını “çaqqal” adlandırmaqdan çəkinməmişdi. Yaşar bəy həm də oğlu İlqar Məmmədovun ölkəmizə gələcəyini, prezident İlham Əliyev və ya vitse-prezident Mehriban Əliyevayla görüşməyə cəhd edəcəyini diqqətimizə çatdırmışdı.

Ancaq Rusiya yığmasının baş məşqçisi kimi fəaliyyət göstərən ikiqat olimpiya çempionunun ölkə başçısı və xanımıyla görüşü baş tutmayıb. Bununla belə, ata Məmmədov ruhdan düşmür: “Yox, oğlum Bakıda olduğu müddətdə heç kimlə görüşmədi. İlqar hazırda Rusiya yığmasıyla Yunanıstanda təlim-məşq toplanışındadı. Bu gün eşitmişəm ki, Oqtay Şahverdiyevi baş məşqçi təyin ediblər. Onun yetişdirib üzə çıxardığı bir tələbəsi belə yoxdu. Heç kim də onunla danışmır. Yaxın günlərdə federasiya onu komandaya təqdim edəcək. Dedim elə Allah vurmuşdu. 10 günə hamısını qovacam. Bunu necə edəcəm? Özünüz görəcəksiz. Sadəcə, bir qədər səbirli olun. Bu problemin həllinə çox qalmayıb. 27 aydı maaş verilmir. Bu da 2 il 3 ay edir. Heç hesabat-seçki konfransından sonra da pul verilməyib. Bir neçə idmançımız burda pul ala bilmədiyi üçün ölkə xaricinə yollanıb. Ancaq onlar yenə də yığmamızda çıxış edir”.(futbol+)

Oxşar xəbərlər

Azərbaycanlı olimpiya çempionu federasiya prezidenti oldu - Rusiyada
Azərbaycanlı olimpiya çempionunun evi qarət olundu - Cəvahirat əşyaları oğurlandı
Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı
Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi qıfıllandı
Məşhur milyarder Azərbaycan federasiyasına sponsorluq etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər