Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşhur milyarder Azərbaycan federasiyasına sponsorluq etmək istəyir
Xəbər verdiyimiz kimi, dünən "Şuşa" Şadlıq Sarayında Azərbaycan Bədən Tərbiyəsi və Veteranlar İttifaqının tədbiri olub.
Qaynarinfo.Az bu ictimai birliyin sədri Yaşar Məmmədovdan tədbir haqda fikirlər öyrənib. O təəssüflə bildirib ki, federasiyalar sabiq idmançılarına qarşı biganə münasibət göstərir və belə tədbirlərin maliyyələşməsində maraqlı deyillər:
"İldə 2 dəfə belə tədbir keçiririk. Həmişə bu məkanda yığışırıq. Sonuncu dəfə 5 ay əvvəl burda toplaşmışdıq. Budəfəki tədbirə dəvət olunmuş 104 veterana 100 manat pul verdik. Kimlər ki iştirak edə bilməyib, pulları onlara göndərilib. Mən bu görüş üçün federasiyalara məktub yazmışdım. Onlara bankda hesab nömrəmi göndərib bildirmişdim ki, sizin federasiyaya aid veteranlar üçün görüş təşkil etmək istəyirəm. Çünki veteranlardan eləsi var ki, maddi durumu yaxşı deyil. Ancaq heç bir federasiyadan cavab gəlmədi. Yalnız Gənclər və İdman Nazirliyi bu məsələyə müsbət yanaşdı. Məcbur olub nazir Azad Rəhimova müraciət edim. Məndə vəsait az idi. Ya gərək banket süfrəsi açaydım, veteranlara pul verməyəydim, ya da pulu verib, bu məclisi keçirməyəydim. Sağ olsun, nazir. Azad müəllimin tapşırığıyla "Azəridmanservis”dən hesabımıza 20 min ödənildi. İndi müəyyən qədər vəsait qalıb. Onu da yeni il ərəfəsində tədbirə xərcləmək fikrindəyəm. Mən 2007-ci ildən bu şuraya sədirlik edirəm. Artıq 9 ildir bu vəzifədəyəm. ".
Məlum olduğu kimi, "Şöhrət" ordenli Yaşar Məmmədov həm də Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidentidir. Onun saytımıza verdiyi son açıqlamasında məlum olmuşdu ki, federasiyada hesabat-seçki konfransı oktyabrın 22-də baş tutacaq. Lakin bu dəfə də seçkilər gerçəkləşməyib.
Məmmədov bunu federasiya prezidenti Nazim İbrahimovun yenə ölkə xaricinə getməsi ilə əlaqələndirib: "Bildiyiniz kimi, əvvəlcə oktyabrın 15-i federasiyaya seçki keçirmək istəyirdim. Sonra Nazim İbrahimovun istəyi ilə bunu ayın 22-nə keçirdik. Ancaq prezidentin özü 20-də Azərbaycandan getdi. O istəyir ki, Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Konfransına federasiya prezidenti kimi qatılsın. Deyir, sonra bizim federasiyaya seçkilər keçirilər. Ancaq MOK-dan məktub gəlib ki, ayın 25-dək bütün federasiyalar hesabat-seçki konfranslarını keçirməlidirlər. Ayın 11-də onun prezidentliyinin 9 ili tamam oldu. Özü ilə görüşə bilmirəm. Hər dəfə Diasporla İş üzrə Dövlət Komitəsinə gedəndə polislər deyir ki, yanında qonağı var. Məni də müavini Ramin Məmmədov qarşılayır, aparır çay içirtməyə. Mən də əsəbləşirəm ki, bura çay-kofe içməyə gəlməmişəm ki. O da deyir ki, bu məsələni çox qabartmayın, vəziyyət pisdir. Nazim İbrahimovun 300 min manat federasiyaya borcu var. Mənə borcu 117 mindir. 17 aydır ki, ofisin aylıq icarə haqqı - 2200 manatı hər ay mən verirəm. Artıq 37400 manat vermişəm. Prezident də vitse-prezidentdən bir günə 15 min manat borc alıb, 2 ilə yaxındır ki qaytarmaz? Sonra məni qınayır ki, niyə "feysbuk"da borclu olduğumu yazmısan?! Deyir ki, mən elə bilirəm ki, 15 min manat 300 minin içindədir. Ötən ilin dekabrın 15-də mühafizəçisini göndərmişdi ki, təcili 2 min manat pul lazımdır, 1 həftəyə qaytaracaq. 10 ay keçib, hələ də qaytarmayıb. Guya pulu yoxdur?! Eşitmişəm ki, yaxınlarda 200 minə maşın alır. Qətərdə o qədər boş şeyə pul xərcləyir.
2 il əvvəl MOK-un iclasında iştirak edəndə demişdim ki, 41 idmançının imzası var ki, Nazim İbrahimovun onlara borcu var. O imzalar çəkiləndə hələ 6 ay idi ki, maaş almırdıq. Onda mənə dedi ki, 1-2 günə pulları verəcək. Həmin vaxtdan maaşların verilməməsi müddəti 17 aya gəlib çatıb. O 41 adamdan 2-si ölüb, 11-i isə xaricə gedib. 10-u Türkiyə, 1-i də Ukrayna adından çıxış etməyə başlayıblar. Bax, beləcə komandanı dağıdıb".
81 yaşlı Yaşar Məmmədov 2007-ci ildə Nazim İbrahimova güzəştə getdiyi federasiya prezidenti postunu yenidən geri qaytara biləcəyini də bildirib. Məmmədov qeyd edib ki, bunun üçün Beynəlxalq Qılıncoynatma Federasiyasının özbək prezidenti Əlişir Usmanov bizim federasiyaya maliyyə yardımı etməyə söz verib: "Qulağıma çatıb ki, Nazim İbrahimovu nazirin və ya ölkə başçısının qərarı olmadan burdan çıxarmaq olmaz. Amma bizdə ictimai qurumdur. Federasiya prezidenti olmasam da, onun səlahiyyətlərini müvəqqəti icra edə bilərəm. 2007-ci ildə özüm prezident postunu ona təhvil vermişdimsə, indi də geri qaytara bilərəm. Milyarder Əlişir Usmanovun iqtisadi məsələlər üzrə Fərhad Qasımov adlı köməkçisi var. O mənə deyib ki, Usmanov federasiyaya prezident postuna keçməyimi istəyir. Deyir nə lazımdırsa, maddi baxımdan avro ilə kömək edərik. Avro da hazırda manatdan 2 dəfə üstündür".
Oxşar xəbərlər
Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı
“10 günə hamısını qovacam” - Məmmədov
Yaşar Məmmədov od püskürdü: "Mən şirəm, siz isə çaqqal" - MÜSAHİBƏ
Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi qıfıllandı
Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası