Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya və Belarus güləşçiləri öz bayraqları altında çıxış edəcək -Beynəlxalq yarışlarda
Rusiya və Belarus güləşçilərinin beynəlxalq yarışlarda öz bayraqları və himnləri altında çıxış etməsinə icazə verilib.
Sportfm.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev özünün "Teleqram" kanalında məlumat yayıb.
O, bildirib ki, Birləşmiş Dünya Güləşi Federasiyası (UWW) Rusiya idmançılarının bütün yaş kateqoriyalarında heç bir məhdudiyyət olmadan beynəlxalq yarışlarda iştirak etməsinə icazə vermək qərarına gəlib. Güləşçilər milli komandanın tərkibində dövlət bayrağı və himni altında yarışa biləcəklər.
Rusiya güləşçiləri protokollarda "RUS", Belarus güləşçiləri isə "BLR" qısaltmaları ilə fərqləndiriləcəklər. Qızıl medallar qazanılarsa, mükafatlandırma mərasimlərində müvafiq ölkələrin dövlət himnləri səsləndiriləcək.
Qeyd edək ki, 2022-ci ilin fevral ayının sonlarında Beynəlxalq Olimpiya Komitəsi federasiyalara Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə edib.

Oxşar xəbərlər
Rusiya və Belarus güləşçilərinə "yaşıl işıq" - Dünya çempionatı
Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Rusiya və Belarus idmançılarına qarşı sanksiyalar uzadıldı - QƏRAR
Rusiya və Belarus idmançıları beynəlxalq yarışlardan imtina etdi
Rusiya və Belarus idmançılarına icazə verildi - IPC-nin bayrağı altında yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası