reklam
Sportfm.az xəbər saytı

"Heç nəyə zəmanət yoxdur" -Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"a qalib gəldikləri matç (2:1) haqda danışıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi sıx qrafikə rəğmən komandasının nümayiş etdirdiyi xarakteri yüksək qiymətləndirib:

"Futbolçularımı təbrik edirəm. Oyunlarımız sıx qrafikdə keçir, lakin buna baxmayaraq futbolçularımız matçın sonuna kimi oyundan qopmadılar və əsl xarakter göstərdilər. Sona qədər dözmək çox önəmli idi. Eyni zamanda "Turan Tovuz"a gələcək oyunlarda uğurlar arzulayır, hər iki komandanın azarkeşlərinə verdikləri dəstəyə görə təşəkkür edirəm".

Mütəxəssis görüş zamanı zədələnən hücumçu Musa Qurbanlının vəziyyəti və qapıçı Mateuş Koxalskinin buraxılan qoldakı ehtimal olunan səhvi barədə də danışıb:

"Musanın zədəsinin bərpası üçün bir az vaxt lazım olacaq. Ağrı onun dizindədir. Məşqdə də bunu hiss etmişdi. Bu gün ağrısı var idi. Dünənki məşqdə normal idi, ancaq zədələndiyi epizodda ayağı yerə düz düşmədi və ağrısı yenidən baş qaldırdı. Dəqiq vəziyyət sabah məlum olacaq.

Buraxdığımız qola gəldikdə isə, burada həm Koxalskinin uğursuz çıxışının, həm də rəqib futbolçunun fərdi ustalığının payı var. Baxımlı qol idi, ancaq qapıçı belə toplara mütləq reaksiya verməlidir. Sanki zərbəni ciddiyə almadı və daha rahat oynamaq istədi. Təkrarda baxdım. Amma zərbə doğrudan da keyfiyyətli idi".

Qurban Qurbanov hücumçu Ramil Şeydayevin məhz son dəqiqələrdə meydana buraxılmasını onun məşqlərdəki yüksək işgüzarlığı ilə əlaqələndirib:

"Ramil elə futbolçulardandır ki, oynamasa belə, həm oyunlarda, həm də məşqlərdə daim öz işgüzarlığı ilə seçilir. Bu, onun ən üstün tərəfidir. Oynadı-oynamadı məşqlərdə ən yaxşılardandır. Bəzən az şans veririk. Bu gün onun son dəqiqə işgüzarlığına ehtiyac var idi".

Mütəxəssis sabiq futbolçuları Juninyonun ehtimal olunan qayıdışına aydınlıq gətirib:

"Juninyonun geri qayıtmaq şansının olduğuna inanmıram. O, hazırda Meksika kimi çox gəlirli liqada çıxış edir. Əgər qayıtmaq istəsə, təbii ki, yox demərəm. Az qol vurur, amma vacib qollar vurur. Amma reallıqda bu, bir az çətin görünən məsələdir.

Qurban Qurbanov yerli çempionatda çıxış edən bəzi əcnəbi futbolçularla maraqlandıqlarını təsdiqləsə də, həmin oyunçuların hazırda digər klublara məxsus olduğunu diqqətə çatdırıb:

"Yerli bazarda əcnəbi futbolçuların müqavilə ilə məxsus olduqları klublar var. Hər xətdə bir neçə oyunçuya ehtiyacımız var. Çalışacağıq ki, sayı və keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli və gərgin oldu. Hər bir halda hər xətdə yeniliklərə ehtiyacımız var. Futbolda düşünmədiyin hallar olur. Matçın gedişatında çox dəyişiklik edə bilmədik".

Mütəxəssis ölkə kubokunun finalında "Sabah" yoxsa "Zirə"nin qalib gəlməsi ilə bağlı sualı qısa şəkildə cavablayıb:

"Hər iki komandaya uğurlar arzulayıram".

Sonda baş məşqçi Çempionlar Liqasındakı oyun performansını nəzərə alaraq Konfrans Liqasında mümkün çıxış barədə suala belə aydınlıq gətirib:

"Konfrans Liqasında oynamağımızı arzulayırsız? (gülür). Konfrans Liqasından daha çox, təbii ki, daha yuxarı səviyyəli liqalarda iştirak etmək istəyərdik. Böyümək, böyük futbolu tam hiss etmək və azarkeşlərin istəklərinə cavab vermək üçün Çempionlar Liqası və ya Avropa Liqası kimi turnirlər daha maraqlıdır və bizi daha məsuliyyətli edir. Məsələn, Avropa Liqası. Orada Çempionlar Liqası komandaları var. Bizim kimi hamı da belə düşünür. Bir şeyi qeyd edək ki, biz əvvəlki Avropa Liqasında cəmi 1 qələbə qazanmışdıq. Amma Çempionlar Liqasında 10 xalımız var idi. Bizdən asılı olan məsələ deyil. Avropa Liqasında oynayanda çox yaxşı komandamız var idi. Həmin il oyun və heyət baxımdan Çempionlar Liqasının əsas mərhələsinə düşməyə layiq idik. Təkcə "Dinamo"ya uduzduq. Zaqrebdə nə qədər epizodumuz var idi. 0:3 ağlagələn nəticə deyildi. Bakıda isə stress çox idi. O oyuna qədər bütün matçlarda yüksək səviyyədə oynamışdıq. Məşqçi olaraq rahat idim ki, biz ÇL-in əsas mərhələsinə düşəcəyik. Çox yaxşı hazırlıq keçmişdik. Amma zəmanət yox idi ki, Konfrans Liqasında və ya Avropa Liqasında şansımız çoxdur. Hər şey ola bilər. Tam əksi də baş verə bilər. O cür heyətlə cəmi Avropa Liqasında bir oyunda qalib gəldik. Heç nəyə zəmanət yoxdur. Ölkədən çıxdıqsa, fərqli stress, fərqli futbol, fərqli yanaşmadır. Orada buradakı səhvləri bağışlamırlar. Hər bir komandanın böyük potensialı, qarşısına qoyulan məqsədi var. Xeyirlisi hansıdırsa, o da olsun. Biz də istəmişik ki, hər zaman istənilən turnirdə uğurlu çıxış edək./qol.az/

Oxşar xəbərlər

"Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun" - Qurban Qurbanov
Qurban Qurbanov: Qubadakı meydançanın vəziyyəti bizi narahat edir
"Montieldən çox razı qaldım" - Qurban Qurbanov
"Bu qələbənin başqa dəyəri var" - Qurban Qurbanov
Qurban Qurbanov: "Daha yaxşı performans göstərməyə hazırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər