reklam
4 idmançımıza dopinq cəzası ilə üzləşdi
Sportfm.az xəbər saytı

4 idmançımıza dopinq cəzası ilə üzləşdi


Azərbaycanın 4 bodibildinqçisi antidopinq qaydalarını pozduqlarına görə sanksiya ilə üzləşib.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyi məlumat yayıb.

Aşur Abdullayev 27 fevral 2026-cı il tarixindən, Tərlan Əliyev və Əhməd Quluzadə 25 fevral 2026-cı ildən etibarən müvəqqəti diskvalifikasiya olunublar. Hidayət Quluzadə barədə isə bu qərar daha əvvəl – 30 iyun 2025-ci ildən qüvvəyə minib. Bildirilir ki, hər dörd idmançı ilə bağlı işlər hazırda araşdırma mərhələsindədir.

Qeyd olunur ki, Aşur Abdullayev, Tərlan Əliyev və Əhməd Quluzadə Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci maddəsini – orqanizmdə anabolik androgen steroidlərin aşkarlanması ilə bağlı qaydanı pozmaqda ittiham edilirlər. Hidayət Quluzadə isə eyni maddə üzrə mestrolon və stanozolol metabolitlərinin aşkar olunmasına görə ittiham olunur.

Məlumatda qayda pozuntularının tarixləri də açıqlanıb. Abdullayev, Əliyev və Əhməd Quluzadə üzrə pozuntu 29 noyabr 2025-ci il tarixində qeydə alınıb. Hidayət Quluzadə ilə bağlı isə bu tarix 4 may 2025-ci il göstərilib.

Hazırda idmançıların heç biri barədə yekun diskvalifikasiya müddəti açıqlanmayıb. İşlər üzrə nəticələrin idarə olunmasını Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası həyata keçirir və araşdırmalar yekunlaşdıqdan sonra cəza müddətləri açıqlanacaq.

Oxşar xəbərlər

16 yaşlı idmançıya ağır cəza - 4 illik diskvalifikasiya
Amit Quluzadə sərt cəzalandırıldı - QƏRAR
Azərbaycan idmançısı diskvalifikasiya olundu
3 idmançımıza ağır cəza - Diskvalifikasiya olundular
Ukraynalı idmançılar 42 aylıq diskvalifikasiya edildi - Dopinq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər