reklam
Güləşçimiz 4 qat Avropa çempionudur
Sportfm.az xəbər saytı

Güləşçimiz 4 qat Avropa çempionudur


Azərbaycan yunanı-Roma güləşçisi Həsrət Cəfərov 4 qat Avropa çempionu olub.

Sportfm.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı bu nailiyyətə Albaniyanın paytaxtı Tiranada keçirilən qitə çempionatında imza atıb.

O, finalda türkiyəli Murat Fıratı məğlub edib - 7:5.

Beləliklə, Həsrət Cəfərov son 4 ildə dördüncü dəfə (2023, 2024, 2025, 2026) Avropa çempionu tituluna sahib çıxıb. O, 2022-ci il qitə və dünya çempionatlarında, eləcə də 2024-cü il Paris Yay Olimpiya Oyunlarında bürünc medala yiyələnib. 2023 və 2025-ci il mundiallarında isə Cəfərov gümüş medalla kifayətlənib.

Oxşar xəbərlər

Daha bir güləşçimiz qızıl medal qazandı
Güləşçimiz Avropa çempionu oldu
“Neftçi”nin idmançıları ötən ildə 1001 medal qazandı
Cəfərov yarımfinalda - PARİS - 2024
Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər