Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nazir açıqladı -İran DÇ-2026-da iştirak etməyəcək
Futbol üzrə İran millisi DÇ-2026-da iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, bunu İranın idman naziri Əhməd Dünyamalı TV2-yə açıqlamasında bildirib.
O deyib ki, ölkənin milli komandası bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştirak edə bilməz. "Dünya çempionatında iştirak etməyimiz üçün heç bir şərait qalmadı. İrana qarşı həyata keçirilən qəddar hərəkətlər fonunda – bizə səkkiz və ya doqquz ay ərzində iki müharibə məcbur edildi və nəticədə minlərlə həmvətənimiz həlak oldu. Bu şəraitdə dünya çempionatında iştirak etmək imkanımızın olmadığı tamamilə aydındır".
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər
DÇ-2026-nın afişası təqdim edildi - FOTO
İran yığması Dünya Çempionatına getməyəcək?
Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi
Dünya Çempionatında iştirak edəcək 5-inci komanda məlumdur
Rusiya millisi dünya çempionatında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası