Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ançelotti müqaviləsinin müddətini uzadacaq
Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə dörd illik yeni müqavilə imzalamağa hazırlaşır.
Sportfm.az xəbər verir ki, bu haqda "The Athletic" qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, sənədlər hələ rəsmi şəkildə hazırlanmayıb. Lakin bu məsələ hazırda yalnız formal prosedur kimi qiymətləndirilir.
Ançelotti 2025-ci ilin mayında baş məşqçi vəzifəsində Dorival Junioru əvəzləyib. O, Braziliya milli komandasının tarixində bu posta təyin olunan ilk əcnəbi mütəxəssisdir.
Braziliya millisi 2026-cı il dünya çempionatının final mərhələsində Mərakeş (13 iyun), Haiti (19 iyun) və Şotlandiya (24 iyun) yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Oxşar xəbərlər
Braziliya yığması italiyalıya həvalə edildi - Təyinat
Yığmada yeni baş məşqçi məlum oldu
"Real" Ançelotti ilə müqaviləni uzatdı - RƏSMİ
Braziliya millisi Ançelottiyə tapşırıldı - RƏSMİ
Ançelotti ilə Braziliya millisi arasında danışıqları onlar aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası