Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncədə beynəlxalq toplanış başladı
Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib.
Sportfm.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə 8 ölkədən 200-ə yaxın idmançı qatılıb.
Təlim düşərgəsində Azərbaycan millisi ilə yanaşı, Belarus, Bolqarıstan, Qazaxıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ nümayəndələri də iştirak edir.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Orxan Səfərov və Kotaro Sasaki, eləcə də yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və Tərlan Kərimov rəhbərlik edirlər.
Gəncə İdman Sarayında keçirilən təlim-məşq toplanışı aprelin 8-də başa çatacaq.

Oxşar xəbərlər
Qızlarımız Almaniyada beynəlxalq toplanışda
Ölkəmizi III MDB Oyunlarında təmsil edəcək cüdoçular - SİYAHI
Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI
Millimiz Türkiyədə təlim-məşq toplanışında
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası