reklam
“Qarabağ”ın U-12 komandası Türkiyədə yarımfinalda -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın U-12 komandası Türkiyədə yarımfinalda -FOTO


“Qarabağ”ın U-12 komandasının “Antalya Friendship Cup 2026” turnirində iştirakı çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov komandanı ziyarət edib.

Sportfm.az xəbər verir ki, qonaqlar komanda üzvləri ilə görüşərək onlara növbəti oyunlarda uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.

Əlavə edək ki, komanda turnirdə aşağıdakı nəticələri əldə edib:

“Qarabağ” – “Viz Sinara” 2:1
“Qarabağ” – “Manavgat Kartalları” 9:0
“Qarabağ” – “Slovan Liberec” 1:0
“Qarabağ” – DSI FC 4:1
“Qarabağ” – “Almaty Junior” 7:0

Qeyd edək ki, “Almaty Junior”la görüşdə qələbə qazanan komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Oxşar xəbərlər

Nazir “Qarabağ”ı ziyarət etdi - FOTO
“Qarabağ” 2026-cı ilə qələbə ilə başladı
“Qarabağ” və “Napoli” rəhbərləri görüşdü
“Qarabağ” bu gün növbəti matçına çıxacaq - Gənclər Liqası
“Qarabağ” beynəlxalq turnirin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər