reklam
Sportfm.az xəbər saytı

"Turan" ilk oyunda məğlub oldu -Əliyar Ağayev nəticəyə təsir etdi


Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.

Sportfm.az xəbər verir ki, artıq matçlardan 1-i yekunlaşıb.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib. Görüşdə "Zirə" 2:0 hesablı qələbə qazanıb. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırmışdı. "Zirə" ilə oyunda isə baş hakim Əliyar Ağayev "Turan"ın 100 faizlik penaltisini verməyərək, nəticəyə təsir edib.

Günün daha bir maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da başlayacaq. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

Azərbaycan kuboku, ilk oyunlar

17:30. “Turan Tovuz” – “Zirə” - 0:2

Qollar: Eren Aydın, 55 (0:1), Leroy Mikels, 89 (0:2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu

Oxşar xəbərlər

Sumqayıtda və Bakıda kubok matçları - YENİLƏNİR
“Qarabağ” – “Sabah” və “Neftçi” – “Qarabağ” oyunlarının vaxtı bilindi
3 turun oyun cədvəli açıqlandı - Misli Premyer Liqası
“Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
"Turan Tovuz" "Sabah"a, "Qarabağ" "Səbail"ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər